Separatçılar Qarabağda yaşayan dinc erməniləri cəzalandırmağa başlayıb

img

17-02-2021 [12:27]


Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin qalıqları orada yaşayan dinc erməniləri cəzalandırmağa başlayıb.

Mia.az Report-a istinadla xəbər verir ki, qondarma rejimin “Baş Prokurorluğu” İkinci Qarabağ müharibəsində satqınlıqla bağlı cinayət işi açıb.

Cinayət işi ictimai təşkilatların döyüşlər zamanı bir qrup sakinin qarşı tərəfə yardım etməsi ilə bağlı məlumatları əsasında başlanılıb.

Qondarma rejimin “İstintaq Komitəsi”nə göndərilən iş “Cinayət Məcəlləsi”nin “dövlətə xəyanət” maddəsi ilə araşdırılır.

Qarabağdakı mülki ermənilərin qanunsuz və əsassız cəzadan qaçmaları üçün bir yolları var: kütləvi formada Azərbaycan vətəndaşlığını qəbul etdiklərini və Azərbaycanın tərkibində yaşamağa hazır olduqlarını bəyan etmək. Azərbaycan dövləti digər vətəndaşlar kimi, heç bir cinayətdə əli olmayan mülki ermənilərin də təhlükəsizliyini təmin edəcək..


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA