Xüsusi təyinatlı maxe Şəmsəddin Vəliyev....

img

17-02-2021 [12:21]


Şahnaz Şahin

****

Işğala uğrayan vətən torpaqları sülh ilə ələ keçməz, ancaq savaşla alınar...

Şeyx Şamil belə demiş və bunu tarix də dəfələrlə sübuta yetirmişdir.

Bizim ölkəmizin də haqq işi müharibəsiz ötüşmədi təəssüf ki. Xlqımız minlərlə insan həyatı bahasına qazandı öz qələbənsini. Hər qarış torpaq uğrunda qanlar töküldü, ömürlər yarıda qırıldı, ana gözləri yolda qaldı, amma qazanılan tarixi və ədalətli qələbə hər bir vətəndaşın qamətini dikəltdi, ömrünə ömür caladı, sinəsini fəxr və qürur hissi ilə doldurdu...

Vəliyev Şəmsəddin Aqil oğlu da vətən üçün döyüşüb qanını bu torpağa qarışdıraraq onu Vətən edən oğullardan biridir. O, 22 yanvar 2001-ci ildə Dadaşbəyli kəndində dünyaya gəlmişdir. 2007-2018-ci illərdə K.Quliyev adına Dadaşbəyli kənd tam orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdiyi 2018-ci ildə də Şirvan Şəhər Humanitar Kollecinə daxil olmuşdur. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılan Şəmsəddin təhsilini dayandıraraq hərbi xidmətə yollanmış və Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissədə, Xüsusi Təyinatlı Qoşunların sıralarında qulluq etmişdir. Hərbin sirlərinə bələd olduqca gənc qəlbində bu şərəfli peşəyə sevgi də formalaşır, vətənə məhəbbəti, düşmənlərə olan sonsuz nifrəti, Şəmsəddinin öz ömrünü həmişəlik bu peşəyə bağlamasına səbəb olurs. Odur ki, 2020-ci ildə həqiqi hərbi xidmət müddətini başa vurarkən ona verilən 12 günlük məzuniyyət haqqından da istifadə etmir, elə həmin hərbi hissədə MAXE kimi işləməyə başlayır. Həmin müddətdə həm də Türk hərbçiləri ilə təlimlərə qoşularaq peşəsinini daha dərindən öyrənmək gecə-gündüz məşqlər edir.

Anası Könül xanım deyir ki:

-iki ilə yaxın idi ki, oğlumu görmürdük, heç telefonla da əlaqə saxlamaq çətin idi, çünki daim məşqlərdə olurdu... Oğlum vətənpərvər böyümüşdü, harda olsa bu adı uca tutur, bu Vətənin əsgəri olduğundan qürur duyurdu.

Müharibəyə 14 oktyabr 2020-ci ildən qatılan Şəmsəddin Vəliyev Füzuli, Hadrut, Tuğ, Xocavənd uğrunda gedən qanlı döyüşlərin iştirakçısı olmuşdur. Çətin döyüş tapşırıqlarının yerinə yetirilməsində, yaralı yoldaşlarının vaxtında döyüş meydanından təxliyyə olunmasında xüsusi igidlik göstərmişdir. 22 oktyabr 2020-ci ildə Xocavəndin düşməndən azad olunması uğrunda gedən belə döyüşlərin birində isə özü də şəhidliyin tamını dadaraq haqqın dərgahına ucalmışdır...

Şəmsəddin Vəliyev oktyabr ayının 24-də Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Allah rəhmət eləsin!

Ölümündən sonra MAXE Şəmsəddin Aqil oğlu Vəliyev “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqləndiyinə görə” medalları ilə təltif edilmişdir.

Şəhidin qardaşı Elməddin də hərbçidir və hazırda Sərhəd Qoşunlarında Gizir kimi vətənə xidmət edir. Kiçik qardaşı Yusif isə məktəblidir, hələ dördüncü sinifdə oxuyur, böyüyəndə o da hərbçi olmaq arzusundadır.

Bu ailənin bir nümayəndəsi olan əmisi Vəliyev Famil Ağamalı oğlu da Birinci Qarabağ savaşında şəhid olmuş və elə Ağdamın Gülablı kəndində dəfn olunmuşdur.

İllər keçəcək, işğalçı düşmən həmişə lənətlə, xalqımızın azadlıq savaşı, bu savaşda şəhid olanlar isə hörmətlə anılacaqdır. Yaşasın Azad və Müstəqil Azərbaycan!...

Qələbə yaraşır mənim xalqıma...

Azadlıq meydanı qaynar bir ocaq!

Danışır aramla İlham Əliyev:

Nə vaxt baş qaldırsa bilsin erməni,

Yenə də taleyi belə olacaq!..

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR