Yasamalda polis əməliyyatı: saxlanılanlar var
17-02-2021 [12:01]
Yasamal Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirib.
Mia.az DİN-ə istinadla bildirir ki, daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin alışı və satışı ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Vüsal Həşimov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan ümumi çəkisi 3 kiloqram 015 qram olan narkotik vasitə heroin aşkar edilib.
Araşdırma zamanı müəyyən olunub ki, Vüsal Həşimov şəxsiyyəti istintaqa məlum olmayan tanışlarından biri ilə əlaqə yaradaraq narkotik vasitələrin Bakı şəhərinə gətirilməsinə köməklik edib.
Saxlanılan şəxs həmin tanışının tapşırığı ilə narkotik maddələri paytaxtın müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imiş. V.Həşimov ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini etiraf edib.
Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Yasamal RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. V.Həşimov tutularaq istintaqa cəlb olunub. Aşkar edilən külli miqdarda narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə paytaxt ərazisində nəqliyyat vasitələrinin yan güzgülərini oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Rövşən Süleymanov və Şahmar Əlicanov saxlanılıblar.
Araşdırma zamanı onların əsasən “Mersedes” markalı avtomobillərin yan güzgülərini oğurlayaraq dəyər-dəyməzinə satdıqları məlum olub.
R.Süleymanov və Ş.Əlicanov ifadələrində Yasamal rayonu ilə yanaşı paytaxtın digər ərazilərində də oxşar oğurluqlar etdiklərini bildiriblər.
Qeyd edilən faktla bağlı saxlanılan şəxslər barəsində 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.
"Saxlanılan şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"