Bakıda şok olay: bir şüşə qazlı suyu icazəsiz içən şəxsin boğazına zəncir bağlayıblar - FOTOLAR

img

17-02-2021 [09:47]


Sosial şəbəkələrdə bir nəfər şəxsin zəncirlə dirəyə bağlanılmasını əks etdirən videogörüntülər Daxili İşlər Nazirliyində (DİN) araşdırılıb.

DİN-in Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Sabunçu rayonunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən 43 yaşlı şəxs 12 gün bundan əvvəl paytaxtın Sabunçu qəsəbəsində yerləşən marketlərin birinə daxil olub.

Bir şüşə qazlı suyu icazəsiz içdiyinə görə marketin sahibi, 24 yaşlı Rahib Lətifov onun boğaz nahiyəsinə zəncir taxaraq marketin qarşısındakı dirəyə bağlayaraq mobil telefonla videogörüntüyə alaraq sosial şəbəkələrdə yayıb.

Törətdiyi əmələ görə R.Lətifov məsuliyyətə cəlb edilib, qanunvericiliyə uyğun olaraq onun barəsində araşdırmalar davam etdirilir.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

***

Bakıda oğurluq etməkdən şübhəli bilinən şəxsin boğazına zəncir bağlanılıb.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edilir ki, yaşı təxminən 35-40 olan kişi mağazadan oğurluq edib. Lakin mağazanın sahibi həmin şəxsi tutub, boğazından zəncirlə bağlayaraq onun videosunu çəkib. Oğurluq edən şəxs hadisə vaxtı sərxoş olduğunu, həmin şəxsin onu bağışlamasını xahiş edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti bildirib ki, sosial şəbəkə seqmentlərində yayılan videogörüntülər araşdırılır: "Hadisə Sabunçu rayonunda qeydə alınıb. Həmin şəxsin kimliyi müəyyən olunaraq, müvafiq polis orqanına dəvət olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir"/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR