Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü keçiriləcək - Bu tarixdə

img

16-02-2021 [17:47]


Fevralın 18-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun, fevralın 19-da isə Gürcüstanın baş nazirinin müavini - xarici işlər naziri David Zalkalianinin Azərbaycana rəsmi səfərləri nəzərdə tutulub.

Azərbaycan Xarici İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, fevralın 19-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın baş nazirinin müavini - xarici işlər naziri David Zalkaliani və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə 9-cu üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA