Salyanda xınayaxdı mərasimi keçirənlər cərimələndi - FOTO

img

16-02-2021 [16:39]


Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində profilaktik tədbirlər davam etdirilir.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Salyan RPŞ-nin əməkdaşları tərəfindən şəhər ərazisində xidmət aparılan zaman “Tomris” kafesində sanitar-karantin rejiminin tələblərini pozaraq çoxsaylı qonaqların iştirakı ilə gizli şəkildə xınayaxdı mərasimi təşkil edildiyi müəyyən edilib.

Polislər tərəfindən məclisin keçirilməsinin qarşısı alınıb.

Məclisin təşkilatçısı və iştirakçılar barəsində inzibati qaydada protokollar tərtib olunaraq hər biri 200 manat cərimə ediliblər.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR