Prezident tikinti sənədləri ilə bağlı yeni qanunu təsdiqlədi: müddət uzadıldı

img

16-02-2021 [16:27]


Prezident İlham Əliyev "Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Mia.az xəbər verir ki, qanuna dəyişikliklə tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəanın müddəti 8 ildən 11-ə uzadılıb.

Bununla da tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmasına dair tələb 2023-cü ildə qüvvəyə minəcək


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA