Naxçıvanda "Nar" şəbəkəsinin genişləndirilməsi davam etdirilir

img

16-02-2021 [15:18]


Azərbaycanın bütün regionlarını keyfiyyətli şəbəkə ilə təmin etməyi hədəfləyən “Nar” Naxçıvan Muxtar Respublikasında da baza stansiyalarının sayını artırmağa davam edir.

Şirkətdən Mia.az-a verilən məlumata görə, son iki ayda aparılan şəbəkə təkmilləşdirilməsi işləri nəticəsində Muxtar Respublikada 13 yeni baza stansiyası fəaliyyətə başlayıb.

Yeni 3G baza stansiyaları Şahbuz, Şərur, Ordubad, Culfa və Kəngərli rayonlarının mərkəzdən kənar kəndlərini yüksək keyfiyyətli şəbəkə ilə təmin edir. Ümumilikdə “Nar” şəbəkəsi Naxçıvan Muxtar Respubliksında 158 baza stansiyası ilə əhalinin 99,6%, ərazininsə 98,5%-ni əhatə edir.

Regionlarda yüksək sürətli internetə çıxışı daha əlçatan edən “Nar” bundan sonra da şəbəkə təkmilləşdirilməsi işlərinə davam edəcək. “Nar” şəbəkəsinin əhatə dairəsi ilə bağlı məlumat, şirkətin rəsmi səhifəsində əks olunub.

https://www.nar.az/az/map


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA