Milli Məclisin Regional məsələlər komitəsi iclas keçirib - 3 məsələ ilə bağlı müzakirə aparılıb

img

16-02-2021 [13:44]


Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib.

Mia.az MM-ə istinadla xəbər verir ki, iclasda 3 məsələ müzakirə olunub.

Əvvəlcə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəd müzakirəyə çıxarılıb.

Daha sonra komitə üzvlərinin müzakirəsinə “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” və Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihələri təqdim olunub.

Qanun layihələrinə əsasən Şərur rayonun inzibati ərazi bölgüsündə olan Dəmirçi kənd inzibati ərazi dairəsindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilir.

Müzakirələrdən sonra hər 3 məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA