İcra başçısı onlara yeni vəzifələr verdi

img

16-02-2021 [12:39]


Xaçmaz Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatları olub.

Məlumata görə, Fərzəliyev Vüqar Yadigar oğlu RİH-də yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə müdir, Ağayev Elşən Xanağa oğlu isə böyük məsləhətçi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Fərzəliyev Vüqar Yadigar oğlu 1974-cü ildə Xaçmaz şəhərində anadan olub. O, Vətən müharibəsi iştirakçısıdır. Ehtiyyatda olan mayor V.Fərzəliyev “Silahlı Qüvvələrin 10 illik Yubileyi”, “Qüsursuz xidmətə görə 3-cü dərəcəli”, “Qüsursuz xidmətə görə 2-ci dərəcəli”, “Silahlı Qüvvələrin 90 illik Yubileyi” və “Qüsursuz xidmətə görə 1-ci dərəcəli” medallarla təltif edilib.

Ağayev Elşən Xanağa oğlu isə 1992-ci ildə Xaçmaz rayonu Niyazoba kəndində anadan olub. O da Vətən müharibəsi iştirakçısıdır Ehtiyyatda olan baş leytenant E.Ağayev "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA