Ramin Bayramlı və Zaur Əliyev COVID-19 peyvəndinin ikinci dozasını vurdurub - FOTO

img

16-02-2021 [11:53]


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı koronavirus əleyhinə vaksinin ikinci dozasını vurdurub.

TƏBİB-dən bildirilib ki, R.Bayramlı peyvənddən sonra özünü yaxşı hiss edir.

Xatırladaq ki, R.Bayramlı ilk dozanı yanvarın 18-də Bakı Sağlamlıq Mərkəzində vurdurub.

Onunla yanaşı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev koronavirus əleyhinə peyvəndin ikinci dozasını vurdurub.

Agentlikdən bildirilib ki, Z.Əliyev ötən gün ikinci dozanı M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında qəbul edib: “Sədr peyvənddən sonra özünü yaxşı hiss edir və hazırda işinin başındadır”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA