Təhsil Nazirliyi: "Universitet və kolleclərdə ənənəvi tədris qismən bərpa olunub"

img

16-02-2021 [11:45]


Bu gündən ali və orta ixtisas təhsili, eləcə də peşə təhsili müəssisələrində ənənəvi tədris forması qismən bərpa olunub.

Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, bu gündən etibarən sözügedən təhsil müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada aparılacaq.

Qeyd edək ki, digər ixtisaslar üzrə tədris isə distant qaydada davam etdiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA