Gəncədə şok olay: qadın keçmiş ərini çənəsindən bıçaqladı

img

16-02-2021 [10:09]


Gəncə şəhərində 41 yaşlı kişi mübahisə zəminində bıçaq xəsarəti alıb.

Məlumata görə, Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü N.Məmmədov keçmiş həyat yoldaşı, 1974-cü il təvəllüdlü T.Abdullayeva ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Bu zaman qadın mətbəx bıçağı ilə N.Məmmədovun çənə nahiyəsinə kəsici xəsarət yetirib.

Xəstəxanaya müraciət edən N.Məmmədova tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR