ATƏT sədri Gürcüstana səfər edəcək

img

15-02-2021 [16:35]


ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde Gürcüstana səfər edəcək.

Bu barədə o, tvitter hesabında yazıb.

“Gürcüstana ATƏT-in sədri kimi gedirəm. Biz ATƏT-in Gürcüstana münaqişələrin həllində, qadınların və vətəndaş cəmiyyətinin əsas rol oynaya biləcəyi sahələrdəki institutların gücləndirilməsində qətiyyətli dəstəyini təsdiqləyirik”, - A.Linde qeyd edib.

Xatırladaq ki, İsveçin XİN başçısı ötən ilin oktyabrında Gürcüstana işgüzar səfər edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA