Bakının Nizami rayonu zibillik içində - VİDEO

img

15-02-2021 [14:59]


Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524-cü məhəlləsində məişət tullantılarının zibil qutularına deyil, küçəyə atılması xoşagəlməz görüntü yaradıb. Ərazidə yaşayan sakinlər yaranan vəziyyətdən narazılıq ifadə edirlər.

Mənzil Kommunal və Texniki Xidmət sahəsindən  açıqlamada sözügedən problemə cavabdeh olmadıqları bildirilib. Binanın komendantı da eyni fikri ifadə edib. Nizami rayon İcra Hakimiyyətindən isə məsələ ilə bağlı araşdırma aparılacağı və müvafiq tədbir görüləcəyi cavabı verilib.

Mia.az “Report”a istinadla sözügedən ərazidən reportajı təqdim edir:

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA