Avropa İttifaqı Azərbaycan mediası üçün müsabiqə elan edir

img

15-02-2021 [13:05]


Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin “eu4Azerbaijan.eu” adlı yeni rəsmi saytı hazırlanıb.

Bu barədə nümayəndəlikdən məlumat verilib.

Fevralın 18-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın iştirakı ilə yeni saytın videokonfrans formatında təqdimatı keçiriləcək.

Bildirilib ki, istifadəçilər sayt vasitəsilə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən yerli və regional layihələr, onlarla bağlı yeniliklər, kampaniyalar və s. barədə məlumatları asanlıqla əldə edə biləcəklər. Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək sayta mütəmadi olaraq yeni məlumatlar əlavə ediləcək.

Tədbirdə həmçinin Azərbaycanın çap, teleradio və onlayn mediası üçün Aİ-Azərbaycan əməkdaşlığına dair “Avropa İttifaqı Azərbaycan üçün” ("EU4Azerbaijan") adlı müsabiqə elan olunacaq.

Müsabiqənin əsas məqsədi Aİ ilə Azərbaycan arasındakı münasibətlər, o cümlədən həyata keçirilən layihələr və onların ölkəyə təsiri barədə ictimai məlumatlandırmanı artırmaqdır. Müsabiqənin iştirak qaydaları tədbir zamanı açıqlanacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR