Ceyhun Bayramov: "Bu xəbər bizi çox kədərləndirdi..."

img

14-02-2021 [11:10]


Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin 13 mülki vətəndaşının PKK terror təşkilatı tərəfindən qətlə yetirilməsi ilə əlaqədar qardaş ölkəyə başsağılğı verib.

Mia.az xəbər verir ki, bu barədə nazir özünün tvitterdəki səhifəsində yazıb.

Nazir bildirib: "Xain terror hücumu nəticəsində Türkiyənin 13 vətəndaşının öldürülməsi xəbəri bizi çox kədərləndirdi. Şəhidlərin ailələrinə və qardaş Türkiyə xalqına başsağlığı bildiririk. Dinc insanlara qarşı törədilən terror aktını şiddətlə qınayırıq. Başın sağ olsun, qardaş Türkiyə!".

Daha əvvəl Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu PKK terror təşkilatının Türkiyənin 13 vətəndaşını qətlə yetirməsi barədə tvitterdə paylaşım edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA