Biləsuvarda polis əməliyyatı: 3 nəfər narkotiklə tutuldu

img

13-02-2021 [12:57]


Biləsuvarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində A.Abbaslının idarə etdiyi “VAZ-2106” markalı avtomobil şəhər ərazisində nəzarət qaydasında saxlanılıb. Avtomobilə baxış zamanı oradan 2 kiloqrama yaxın heroin, 54 qramdan artıq metamfetamin aşkar edilib.

Şəxsi axtarış zamanı A.Abbaslının sərnişinləri B.Rufullazadədən, S.Rufullazadədən  və Ş.Kazımlıdan  heroin götürülüb.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR