Dörd aydan çox komada olan Qarabağ döyüşçüsü vəfat edib - FOTO

img

12-02-2021 [21:37]


Dörd aydan çoxdur komada olan Vətən müharibəsi qazisi İsmayılzadə Tacəddin Vüqar oğlu vəfat edib.

Məlumata görə, 24 yaşlı  Sumqayıt sakini T.İsmayılzadə müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə yüksəlib.

Qeyd edək ki, 24 yaşlı Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısıdır. 2016-cı ildə döyüşlər başlayan zaman hərbi xidmətdə olub. Vətən müharibəsi başlayanda isə cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Ağdam, Xocavənd və Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzulidə başından ağır yaralanıb və komaya düşüb.

Mərhum sabah Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn ediləcək/APA.

Allah rəhmət eləsin!

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA