"Azercell" beynəlxalq informatika olimpiadasının qaliblərini mükafatlandırıb - FOTOLAR
12-02-2021 [14:36]
Azərbaycan Təhsil İnstitutu tərəfindən icra edilən layihə çərçivəsində “Azercell Telekom” MMC-nin dəstəyi ilə informatika üzrə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilərimiz ötən il ərzində dəfələrlə mötəbər bilik yarışlarına qatılaraq yüksək nəticələr əldə ediblər.
Mia.az xəbər verir ki, 2020-ci ilin ilk belə yarışı yanvar ayında Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautıkov Olimpiadası olub.
20 ölkədən 588 şagirdin iştirak etdiyi bu yarışmada informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov (hazırda təhsilini ABŞ Massaçusets Texnologiyalar İnstitutunda (MIT) davam etdirir) qızıl, Murad Eynizadə (hal- hazırda təhsilini Cənubi Koreyanın Elm və Yüksək Texnologiyalar İnstitutunda (KAIST) davam etdirir) gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar.
Azərbaycan məktəbliləri ötən ilin avqustunda keçirilən Asiya Pasifik İnformatika Olimpiadasında da 33 ölkədən olan iştirakçılar arasında fərqlənməyi bacarıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad Eynizadə və Gəncə şəhəri M. Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov bu nüfuzlu yarışmada bürünc medal sahibi olublar.
Sentyabr ayında Sinqapurda təşkil olunan və virtual formada keçirilən 32-ci Beynəlxalq İnformatika Olimpiadasında da “Azercell”in dəstəklədiyi Azərbaycan komandasının üzvləri yaddaqalan nəticə əldə edərək 3 medal qazanıblar. 350-yə yaxın iştirakçı arasında üç azərbaycanlı şagird – Gəncə şəhəri M. Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Abutalıb Namazov və Murad Eynizadə bürünc medala layiq görülüblər.
Ə. Hüseynov daha sonra Bolqarıstanın Şumen vilayətində informatika fənni üzrə 12-ci Beynəlxalq payız turnirində də uğurlu nəticə nümayiş etdirib. O, 17 ölkədən 403 iştirakçının qatıldığı turnirdə bürünc medal qazanıb.
16-22 dekabr 2020-ci il tarixlərində Moskva şəhərində keçirilən Beynəlxalq Meqapolislər Olimpiadasında Bakı şəhəri 269 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Amin Cəlilov bürünc medal əldə edib.
Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi 2017-ci ildən etibarən “Azercell Telekom” şirkətinin dəstəyi ilə həyata keçirilir. Mobil operator gənclərin bilik və bacarıqlarının artırılmasına xidmət edən təşəbbüslər çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən onlarla şagirdin hazırlıq prosesinə cəlb edilməsinə yardımçı olub. Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə birgə icra edilən layihə çərçivəsində bu günə qədər məktəblilərimiz informatika fənni üzrə 1 qızıl, 6 gümüş və 18 bürünc medal olmaqla ümumilikdə 25 medal qazanıblar.
Bütün bu uğurlar, qazanılan medalların sayının və əyarının yüksəlməsi informatika üzrə istedadlı şagirdlərin aşkar edilməsi və onların dəstəklənməsi üçün təşəbbüslərin real nəticə verdiyini bir daha sübut edir. Xatırladaq ki, 2019-cu ildə ölkəmizdə keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasında “Azercell” rəqəmsal sponsor qismində çıxış edib.
Davamlı inkişafın əsas amili olan təhsil hər bir dövlətin, cəmiyyətin sağlam gələcəyinin etibarlı bünövrəsidir. Məhz buna görə “Azercell” şirkəti fəaliyyət dövrü ərzində təhsilin və gənclərin inkişafına yönəldilmiş müxtəlif layihələrin təşəbbüskarı və dəstəkçisi qismində çıxış edib, savadlı kadrların yetişdirilməsinə daima dayaq olmağa çalışır.
Sabah hava necə olacaq? - Proqnoz
Qazi 63 yaşlı anasını öldürdü, gəlini bıçaqladı, daha sonra isə... - Goranboyda dəhşətli hadisə (FOTO)
Süleyman Mikayılov getdi, bəs İcra Hakimiyyətinə kim rəhbərlik edir?
Türkiyədə daha bir məşhur aparıcı saxlanılıb - Narkotik ittihamı ilə
“Karvan-Yevlax” azarkeşlərin üzünü güldürəcəkmi? - Baş məşqçi: “Futbolçularım fərdi səhvlər buraxır” (VİDEO)
Bakı - Brüssel: vazkeçilməz ittifaq...- TƏHLİL
Ağdamda ər arvadını baltalayıb
Bakıda Xalq artistinin oğlu döyülüb
Azərbaycan neftinin qiyməti 73 dolları ötüb
WUF13-lə bağlı iclas - Dünya parlamentlərinə çağırış olunub
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat