Daha bir şəhid Şabranda dəfn edilib - FOTOLAR

img

11-02-2021 [17:33]


Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Ağayev Əmirağa Mahir oğlu Şabranda dəfn edilib.

Məlumata görə, Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Ağayev Əmirağa Mahir oğlunun nəşi Şabran rayonuna aparılıb.

Şəhid Şabran şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində Şabran Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Ə. Ağayev cəbhənin Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub.

Şəhid A.Həsənov Vətən müharibəsində itkin düşən  hərbçilərdən biri idi/APA.

Allah rəhmət eləsin!

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA