"Azercell" müharibədə iştirak edən tələbələrə təqaüd ayırıb
11-02-2021 [15:44]
10 ildən artıq müddətdir ki, “Azercell Telekom” MMC tərəfindən reallaşdırılan “Tələbə Təqaüdü” proqramı çərçivəsində bir çox sahələr, həmçinin informasiya texnologiyaları üzrə ali təhsil alan və yüksək göstəriciləri olan tələbələrə təqaüd ayrılır.
Şirkətdən Mia.az-a verilən məlumata görə, bu il isə əvvəlki illərdən fərqli olaraq, 44 gün davam edən “Vətən Müharibəsi” zamanı təhsilini yarımçıq qoyaraq, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak edən tələbələrin həmin proqram çərçivəsində dəstəklənməsi və nəticədə, “Azercell” tərəfindən Bakı ilə yanaşı, həm də bölgələrdəki müxtəlif ali təhsil ocaqlarının 23 tələbəsinə təqaüd verilməsi qərara alınıb. Tələbələrin siyahısı Təhsil Nazirliyi tərəfindən təqdim olunub.
Təqaüd Proqramına seçilən tələbələr əsasən İT və şəbəkə yönümlü ixtisaslar üzrə müxtəlif kurslarda təhsil alırlar. Təqaüdçülər sırasında bakalavrlarla yanaşı, magistratura pilləsi üzrə təhsil alan gənclər də var. Tələbələrə təhsil müddətinin sonunadək hər təhsil ayı üçün 200 manat məbləğində təqaüd veriləcək. Eyni zamanda hədiyyələr, “Azercell” Fakturasız xətt abunəçisi olan Təqaüd Proqramı tələbələrinə GencOl 9 tarifinə 30% endirim və dünyaca məşhur “Busuu” proqramına 6 aylıq abunəlik təqdim olunacaq.
Bəhs edilən layihə çərçivəsində 10.02.2021-ci il tarixində “Azercell Telekom”un prezidenti Vahid Mürsəliyev və departament direktorlarının iştirakı ilə tələbələrlə onlayn görüş təşkil olunub. Həmin tədbirdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində sektor müdiri Yaşar Ömərov da iştirak edib.
“Azercell Telekom”in prezidenti əsgər tələbələrin timsalında Vətən müharibəsində iştirak edən bütün hərbçi və əsgərlərə zəfər sevincini yaşatdıqları üçün dərin təşəkkürünü bildirib, onları “Azercell Təqaüdçüsü” adını qazanmaqları münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində onlara daha da böyük zirvələri fəth etməyi arzu edib: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli rəhbərliyi altında məhz sizin kimi gənclərimiz bütün dünyaya ordumuzun gücünü, qüdrətini, xalqımızın qələbə əzmini nümayiş etdirməyi bacardı. Sizin vətənimizin azadlığı və bütövlüyü uğrunda sərgilədiyiniz misilsiz rəşadət və qəhrəmanlıq gələcək nəsillərə nümunə oldu. İnanıram ki, cəbhədə vətəndaş borcunuzu layiqincə yerinə yetirdiyiniz kimi, elmi potensialınızı daha da gücləndirib, gələcəkdə İKT sahəsində ölkəmizə öz peşəkarlığı ilə xidmət edəcək mütəxəssis olacaqsınız, ayırdığımız təqaüd sizə də dəstək olacaq”. Şirkətin prezidenti bu layihədə göstərdiyi dəstəyə görə Təhsil Nazirliyinə də təşəkkürünü bildirib.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində sektor müdiri Yaşar Ömərov də öz növbəsində Müzəffər Ordunun mübariz əsgərlərinə ən xoş arzularını çatdırıb, “Azercell”in həyata keçirdiyi “Tələbə Təqaüdü” proqramını yüksək qiymətləndirib, bu təşəbbüsün tələbələrə maddi dəstəklə yanaşı, həm də mənəvi dəstəyin təzahürü olduğunu bildirib, şirkətin ölkənin ali ocaqları ilə olan sıx əməkdaşlığının davam etdiriləcəyinə və gücləndiriləcəyinə inamını ifadə edib.
Qeyd edək ki, “Azercell”in “Tələbə Təqaüdü” proqramı 2009-cu ildən etibarən icra olunur. Bu müddət ərzində, “Tələbə Təqaüdü 2021” proqramının iştirakçılarının sayı daxil olmaqla Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 235 tələbə “Azercell” şirkətinin təqaüdçüsü seçilib. Proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdır. Proqrama seçilən tələbələr təqaüd almaqla yanaşı, həm də telekommunikasiya sahəsi üzrə biliklərini artırmaqla gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanıblar. Təqaüdçülər şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətlərində, müxtəlif təlimlərdə iştirak etməklə təcrübə keçmək şansını əldə ediblər. Onların mühüm bir hissəsi “Azercell”də iş təklifi alaraq uğurlu karyera qurmağa müvəffəq olub.
Sabah hava necə olacaq? - Proqnoz
Qazi 63 yaşlı anasını öldürdü, gəlini bıçaqladı, daha sonra isə... - Goranboyda dəhşətli hadisə (FOTO)
Süleyman Mikayılov getdi, bəs İcra Hakimiyyətinə kim rəhbərlik edir?
Türkiyədə daha bir məşhur aparıcı saxlanılıb - Narkotik ittihamı ilə
“Karvan-Yevlax” azarkeşlərin üzünü güldürəcəkmi? - Baş məşqçi: “Futbolçularım fərdi səhvlər buraxır” (VİDEO)
Bakı - Brüssel: vazkeçilməz ittifaq...- TƏHLİL
Ağdamda ər arvadını baltalayıb
Bakıda Xalq artistinin oğlu döyülüb
Azərbaycan neftinin qiyməti 73 dolları ötüb
WUF13-lə bağlı iclas - Dünya parlamentlərinə çağırış olunub
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat