Ali Hərbi Məktəbdə 10 yeni ixtisas yaradılıb

img

11-02-2021 [13:37]


"2020/2021-ci tədris ilindən etibarən 1-ci kursa qəbul olan kursantlar ali təhsil bakalavr səviyyəsi ixtisaslarının təsnifatına müvafiq olaraq yeni 10 ixtisas üzrə ali təhsil alırlar".

Bunu jurnalistlərə açıqlamasında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi, general-mayor Fizuli Salahov deyib.

Onun sözlərinə görə, beynəlxalq təhsil standartlarına cavab verən tədris metodikası və vasitələri ilə kursantlara hərb elminin incəlikləri öyrədilir: “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “xüsusi təyinatlı texnika və sistemlər” ixtisası üzrə bakalavr səviyyəsində mütəxəssislər hazırlanır. Məktəbdə 4 fakültə və 21 kafedra fəaliyyət göstərir. Beynəlxalq təhsil standartlarına cavab verən tədris metodikası və vasitələri ilə kursantlara hərb elminin incəlikləri öyrədilir”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA