Qadını rüsvayedici məlumatlarla hədələyən şəxs saxlanıldı

img

11-02-2021 [12:29]


Şabran Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan qadın cari il yanvarın 17-dən fevralın 10-dək olan müddətdə bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 15 000 manat pul tələb etdiyini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən həmin şəxsin şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Bədəlov olması müəyyən edilib və o, saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR