Peyvənd olunan şəxs virusa yenidən yoluxur? - TƏBİB açıqlama yaydı

img

10-02-2021 [09:34]


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) peyvənd olunan şəxsin virusa yenidən yoluxma ehtimalının olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib.

TƏBİB-dən Mia.az-a bildirilib ki, peyvənd ikinci doza vurulduqdan iki həftə sonra öz təsirini göstərməyə başlayır və qanda anticisimləri təyin etmək mümkün olur.

Bildirilib ki, bu, hər kəsin immun sisteminə görə dəyişə bilər: "Müxtəlif peyvəndlər üzərində aparılan tədqiqatların nəticələri fərqlidir. Türkiyədə aparılan tədqiqatlar "CoronaVac" vaksininin effektivlik dərəcəsini 92 faiz qiymətləndirir. Braziliyada aparılan tədqiqatlar vaksinin xəstəliyi ağır və orta ağır hallardan 100 faiz qorumasını təsdiq edib", 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA