"Qəbələ"nin Gənclər Liqasındakı matçının vaxtı dəqiqləşdi

img

09-02-2021 [19:09]


"Qəbələ"nin Şimali Makedoniyanın "Şkendiya" klubu ilə UEFA Gənclər Liqasının 1/32 final mərhələsindəki oyununun vaxtı dəqiqləşib.

Report qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, martın 4-də Skopyedə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

Koronavirus pandemiyası səbəbindən mərhələ bir görüşdən ibarət olacaq.

Qeyd edək ki, "Qəbələ" Çempionlar yolunda mübarizə aparır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA