DİN-dən Sumqayıtda sürücünün döyülmə xəbərinə - Reaksiya

img

09-02-2021 [18:36]


Bəzi sosial şəbəkə seqmentlərində Sumqayıt Şəhər Polis İdarəsində vətəndaşın polis tərəfindən döyülməsi və idarənin zirzəmisində saxlanılması ilə bağlı iddialar yayılıb.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, qeyd olunan halların bütün xüsusatları araşdırılır.

Onun sözlərinə görə, vətəndaşın Sumqayıt şəhərində iri tutumlu avtobusla sərxoş vəziyyətdə axşam saatlarında avtoxuliqanlıq hərəkətləri ilə müşaiyət olunan əməllərinin videogörüntüləri sosial şəbəklərdə yayılaraq, geniş ictimai rezonans yaradıb:

"Ailə üzvlərinin ictimai təhülkəli əməl törədən şəxsin üzərindən cinayət təqibini dayandırmaq, yaxud dəyişdirmək məqsədilə əsassız, həqiqətəuyğun olmayan məlumatlar yayır.

Daha böyük faicə ilə nəticələnə biləcək bu hərəkətin qarşısını almaq üçün polislər süni tıxac yaratmaq məcburiyyətində qalıblar. Avtobus yüksək sürətlə taxacdakı polisin xidməti avtomobilinə çırpılıb. Sürücünün sifət nahiyyəsi sükana dəyərək, burun çəpərinin zədələnməsi burun və gözətrafı nahiyyədə göyərmə, ödem (şişkinlik) yaranıb.

Vətəndaşın zirzəmidə saxlanmasına da toxunan E.Hacıyev əlavə edib ki, o zirzəmidə yox, törətdiyi əmələ görə məhkəmə hökmünə əsasən istintaq təcridxanasına yerləşdirilib.

Hazırda şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, istintaq hərəkətləri davam etdirilir. Vətəndaşın xəsarət alması nəticələnən hala görə ekspertiza təyin edilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA