Yeni prorektor rektor vəzifəsini də icra edəcək

img

09-02-2021 [16:35]


Bakı Xoreoqrafiya Akademiyasının rektoru vəzifəsini icra edən şəxsin kimliyi məlum olub.

Məlumata görə, bu vəzifənin icrası akademiyaya yeni təyin olunan Tədris işləri üzrə prorektor Əziz Qarayusifliyə tapşırılıb.

Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə əməkdar artist Əziz Yaşar oğlu Qarayusifli akademiyanın Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Xatırladaq ki, fevralın 3-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Bakı Xoreoqrafiya Akademiyasının rektoru Timuçin İlyas oğlu Əfəndiyev vəzifəsindən azad edilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA