Keçmiş çempion sevgilisini döydüyü üçün həbs olundu

img

09-02-2021 [12:26]


Yüngül çəkidə keçmiş "Bellator" çempionu Deniel Straus həbs olunub.

"MMAjunkie" nəşri xəbər verir ki, ABŞ-dan olan idmançı keçmiş sevgilisinə hücum etməkdə ittiham olunur.

İnsident yanvarın 21-də Florida ştatında baş verib. Hadisənin üstü isə fevralın 5-də açılıb.

İstintaq materiallarından bəlli olub ki, 37 yaşlı döyüşçü zərərçəkmişlə vaxtaşırı yaxın münasibətdə olub. Daha sonra cütlük arasında mübahisə düşüb. Xanımın iş yerinə gedən Straus orada onu döyüb və kəsici alətlə xəsarət yetirib.

Qeyd edək ki, hazırda həbsdə olan Deniel Straus 100 000 ABŞ dolları məbləğində cərimələnib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR