Şəhid olan əsgər Tərtərdə dəfn edilib - FOTOLAR

img

06-02-2021 [14:23]


Vətən Müharibəsində şəhid olan əsgər Tərtərdə  dəfn edilib.

Məlumata görə, Vətən müharibəsində şəhid olan Tərtər  rayon Köçərli kənd sakini, 1991-ci il təvəllüdlü, müddətdən artıq hərbçi Ələkbərli Ələkbər Ramiz oğlunun nəşi ata ocağına gətirilib. Şəhidlə vida mərasimində Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və Azərbaycan Ordusunun hərbçiləri, döyüş yoldaşları, rayon ictimaiyyəti iştirak edib. 

İki bacının bir qardaşı olan şəhid Köçərli kənd məzarlığında torpağa tapşırılıb. 

Ə. Ələkbərlinin sentyabrın 29-da Suqovuşanın işğaldan azad olmağı uğrunda gedən döyüşlərdə şəhid olduğu bildirilir/APA.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA