Yunanıstanın baş naziri Azərbaycana gələcək

img

13-12-2013 [12:56]


Yunanıstanın baş naziri Antonis Samaras gələn həftə Transadriatik qaz kəməri (TAP - Trans Adriatic Pipeline) layihəsi üzrə sazişin imzalanma mərasimində iştirak etmək üçün Azərbaycana gələcək.

APA-nın Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, səfər zamanı A. Samaras Azərbaycan prezidenti ilə görüş keçirəcək. Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən yunan şirkəti DESFA-nın ARDNŞ tərəfindən özəlləşdirilməsi müzakirə olunacaq.
 
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı "Şəhdəniz” qaz yatağının istismarının ikinci mərhələsi üzrə yekun investisiya qərarının dekabrın 17-də Bakıda qəbul olunması gözlənilir. Yekun investisiya qərarı çərçivəsində 39 sənədin imzalanması gözlənilir. Mərasimə qatılmaq üçün İtaliyanın baş naziri Enriko Letta da Azərbaycana gələcək.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA