“Azərpoçt”un Baş direktorunun müavinlərinin sayı 5-ə çatdırılıb - Daha iki təyinat oldu

img

04-02-2021 [20:58]


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin Baş direktorunun müavinlərin sayı artırılıb.

Mia.az xəbər verir ki, 3 müavini olan Baş direktora daha iki müavin təyin olunub.

Belə ki, müvafiq əmrlə 2016-2020-ci illlərdə “AGBank” ASC-də İdarə Heyətinin sədri vəzifəsində işləyən Əfqan Cəlilovla 2019-ci ildən Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini çalışan Nazim Süleymanov yeni müavinlər təyin ediliblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA