Yeni nazir MMC direktorunu aparat rəhbəri təyin etdi - Nazirlikdə daha bir dəyişiklik + FOTO

img

04-02-2021 [10:00]


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib.

Mia.az Report-a istinadla xəbər verir ki, nazir Rəşad Nəbiyevin əmri ilə bu vəzifəyə Samir Qaçay oğlu Məmmədov gətirilib.

S.Məmmədov bu təyinata qədər “Enginet İnvest” MMC-də direktor vəzifəsində çalışıb.

Xatırladaq ki, yeni nazirin ilk əmri ilə vəzifəsini itirənlərdən biri keçmiş nazir Ramin Quluzadənin müşaviri, həm də Nazirliyə məxsus "AzInTelekom" MMC-nin direktoru vəzifəsini müvəqqəti icra edən Leyla Məmmədovadır. O, bundan sonra yalnız adıçəkilən şirkətə rəhbərlik edəcək.

Bundan başqa, Nazirliyin Aparat rəhbərinin müavini Zamin Nurəhmədov, keçmiş nazirin köməkçiləri Emin Məmmədov və Mələk Məmmədova da vəzifələrindən azad ediliblər. R. Quluzadənin hər iki köməkçisini özünün yeni iş yerinə (Prezidentin İşlər İdarəsinə) müxtəlif vəzifələrə apardığı deyilir.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA