Rusiyaya səfər etmək üçün yeni qaydalar açıqlandı - DETALLAR
03-02-2021 [18:02]
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) fevralın 17-dən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır.
Mia.az AZAL-a istinadən bildirir ki, qonşu ölkəyə səhayət etmək istəyən şəxslərin Rusiya ərazisinə giriş hüququ olmalıdır. Bundan əlavə, pandemiya dövründə RF ərazisinə giriş qaydaları müəyyən olunub.
Ümumi qaydalar bunlardan ibarətdir:
1. Rusiya Federasiyası ərazisinə daxil olmasına icazə verilən şəxslərin kateqoriyasının siyahısı ilə burada tanış olmaq olar (rus dilində)
2. Rusiya Federasiyası vətəndaşları üçün tələblər:
- qeydiyyatdan keçmək və reysə minik üçün rus və ya ingilis dilində çap edilmiş, reysin uçuşundan ən gec 48 saat əvvəl PCR metodu ilə həyata keçirilən COVID-19 testinin neqativ nəticəsini əks etdirən tibbi sənəd (arayış) təqdim olunmalıdır. Rus və ya ingilis dilində tibbi sənədin təqdim edilməsi mümkün olmadıqda uçuşun başlandığı ölkənin rəsmi dövlət dilində sənədin və rus dilinə notarial qaydada təsdiq olunmuş tərcüməsinin təqdim edilməsinə icazə verilir.
- Rusiya Federasiyası vətəndaşları Rusiya Federasiyasına yola düşməzdən əvvəl Dövlət və bələdiyyə xidmətlərinin vahid portalında elektron formada “Rusiya Federasiyasına gələn şəxslərin qeydiyyatı” anketini doldurmalıdırlar (aviabilet əldə edərkən, lakin reysə qeydiyyatdan gec olmayaraq). Anketə bütün lazımi məlumatlar daxil edildikdən sonra sərnişinin elektron poçtuna xüsusi QR-kod göndərilir. Həmin kod gəliş hava limanında sanitar-karantin nəzarətindən keçərkən “Rospotrebnadzor” orqanının əməkdaşına təqdim edilməlidir.
- RF vətəndaşı Rusiya ərazisinə gəldiyi gündən üç təqvim günü ərzində COVID-19 testindən keçməlidir. Testin nəticələrinə görə “Rusiya Federasiyası ərazisinə gələn şəxslər üçün yeni koronavirus infeksiyası üzrə testin nəticələri barədə məlumatların təqdim edilməsi” forması doldurulmalıdır.
PCR metodu ilə COVID-19 üçün laborator tədqiqatların nəticələri alınana qədər yaşayış yeri (qaldığı yer) üzrə özünütəcrid rejiminə riayət edilməlidir.
3. Əcnəbilər üçün tələblər:
- qeydiyyatdan keçmək və reysə minik üçün rus və ya ingilis dilində çap edilmiş, reysin uçuşundan ən gec 48 saat əvvəl PCR metodu ilə həyata keçirilən COVID-19 testinin neqativ nəticəsini əks etdirən tibbi sənəd (arayış) təqdim olunmalıdır. Rus və ya ingilis dilində tibbi sənədin təqdim edilməsi mümkün olmadıqda uçuşun başlandığı ölkənin rəsmi dövlət dilində sənədin və rus dilinə notarial qaydada təsdiq olunmuş tərcüməsinin təqdim edilməsinə icazə verilir.
- Rusiya Federasiyası ərazisinə gəlməzdən əvvəl, hava gəmisində, əcnəbilər Rusiya Federasiyası ərazisinə gələn şəxsin anketini (buradan yükləmək mümkündür) ingilis və ya rus dilində doldurmalıdırlar (hava gəmisində təqdim ediləcək, həmçinin əvvəlcədən çap edərək doldurmaq mümkündür). Anketdə RF ərazisində qaldığı yerin ünvanı barədə qrafa mütləq qaydada doldurulmalıdır.
- Əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə gələn əcnəbilər Rusiya Federasiyası ərazisinə gəldikləri gündən 14 təqvim günü müddətində özünütəcrid tələblərini yerinə yetirməlidirlər.
4. Başqa ölkədən tranzit keçməklə Böyük Britaniyadan gələn sərnişinlər Rusiya Federasiyası ərazisinə gəldikləri gündən 14 təqvim günü müddətində özünütəcrid tələblərini yerinə yetirməlidirlər.
Rusiyada COVID-19 testini harada vermək olar?
"ArxiMed" Klinikası
https://www.arhimedlab.com
"Gemotest" Laboratoriyası
https://gemotest.ru/
AO "Medicina"
https://gemotest.ru/
"DNKOM" Laboratoriyası
https://dnkom.ru
Biznesdə yeni trend - Çinarə Ağayeva freelance və gig-iqtisadiyyatdan danışır: "Daimi iş" anlayışı dəyişir”
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabah hava necə olacaq? - Proqnoz
Qazi 63 yaşlı anasını öldürdü, gəlini bıçaqladı, daha sonra isə... - Goranboyda dəhşətli hadisə (FOTO)
Süleyman Mikayılov getdi, bəs İcra Hakimiyyətinə kim rəhbərlik edir?
Türkiyədə daha bir məşhur aparıcı saxlanılıb - Narkotik ittihamı ilə
“Karvan-Yevlax” azarkeşlərin üzünü güldürəcəkmi? - Baş məşqçi: “Futbolçularım fərdi səhvlər buraxır” (VİDEO)
Bakı - Brüssel: vazkeçilməz ittifaq...- TƏHLİL
Ağdamda ər arvadını baltalayıb
Bakıda Xalq artistinin oğlu döyülüb
Azərbaycan neftinin qiyməti 73 dolları ötüb
WUF13-lə bağlı iclas - Dünya parlamentlərinə çağırış olunub
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı