Saatlıda toy yarımçıq saxlanıldı, sahibi və qonaqlar cərimələndi - FOTOLAR

img

03-02-2021 [10:36]


Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, fevral ayının 2-də Saatlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayonun Bəylər kənd sakini B.Ağamirzəyev yaşadığı evin həyətində qonaqların iştirakı ilə gizli şəkildə yığcam toy mərasimi təşkil etdiyi müəyyən edilib.

Məclisin təşkilatçısı və iştirak edənlər barədə inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA