Röyadan etiraz: "Məmur öz işini arxada görür, ən çox əziyyət çəkən xalq oldu"

img

02-02-2021 [20:45]


Xalq artisti Röya Ayxan MTV telekanalında yayımlanan "10-da görüşək" verilişində maraqlı açıqlamalar verib.

Mia.az xəbər verir ki, pandemiyanın yaratdığı problemlərlə yanaşı, suyun qiymətinin qalxmasına etiraz edib.

Bildirib ki, onsuz da müğənni öz yerindədir, çalıb oxuyacaq: "Məmur da öz işini arxada görür. Ən çox əziyyət çəkən xalq oldu. Hamını təbrik edirəm. Suyun da qiymətini qaldırdılar. Arada çay filan içərik ancaq. Qiymətlər qalxmamışdan əvvəl xeyli su almışdım. Pandemiya bizi öldürmədi, bu məsələlər bizi öldürəcək. Gərək mən də toy qiymətlərini qaldırım. Ümumiyyətlə, işləməyi unutmuşam. Sabah konsert, toy olsa, nə geyinəcəyimi bilmirəm. İndi müğənnidən deputatlıq, deputatdan da müğənni kimi səmimilik gözləyirlər. Daha sonra bir sözün ucundan tutub gedirlər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR