Füzulidə mülki şəxslər minaya düşdü: ölən və yaralananlar var

img

02-02-2021 [18:35]


Fevralın 2-si saat 17 radələrində vətəndaşlar - 1981-ci il təvəllüdlü Bəhruz İmanov, 1992-ci təvəllüdlü Azad Muxtarov və 1984-cü il təvəllüdlü Rafis Məmişov “QAZ 53” markalı 11-BJ-263 dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Yağlıvənd kəndi ərazisində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində B.İmanov həlak olub.

Füzuli Rayon Prokurorluğundan Mia.az-a bildirilib ki, A.Muxtarov və R.Məmişov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Füzuli Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılmışdır.

Hazırda zəruri istintaq hərəkətləri həyata keçirilir.

***

Füzuli rayonunda mülki şəxslər minaya düşüb.

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Mia.az-a verilən məlumata görə, rayonun Yuxarı Yağlıvənd kəndi ərazisində 3 nəfər mülki şəxs kənar yoldan istifadə edərək işğaldan azad olunmuş əraziyə daxil olarkən minaya düşüb: "Nəticədə 1-i yerindəcə həlak olub, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar".


Digər xəbərlər
SON XƏBƏRLƏR