Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinə rəis təyin edilib - Nazirdən yeni əmr

img

02-02-2021 [15:49]


Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinə rəis təyin edilib.

Mia.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Elçin Məmmədov Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinə rəis təyin edilib.

DİN-in mətbuat xidmətindən təyinatla bağlı faktı APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, DİN-in Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, polis polkovniki Rahib Qarayev bir müddət əvvəl xidmətdə olan son yaş həddi ilə əlaqədar işdən azad edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA