“Ülkü Ocaqlarının Mədəniyyət və Təhsil Dərnəyi məktəbi Şuşa memarlığına uyğun tikəcək və..."
02-02-2021 [15:49]
“Ermənistanın işğalı altındakı Qarabağ torpaqları 30 il sonra Azərbaycan Ordusu tərəfindən qısa müddətdə işğaldan azad edildi”.
Bunu bu gün Azərbaycana səfəri ilə bağlı keçirilən mətbuat konfransında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Ankaradan deputat Mevlüt Karakaya bildirib.
MHP sədrinin müavini deyib ki, Ermənistanın işğalı zamanı qətl edilən azərbaycanlıları, həm də son hərbi əməliyyat zamanı şəhidləri minnətlə anır, rəhmət diləyirlər: “Qarabağ zəfəri Türk millətinin son illərdə əldə etdiyi ən böyük zəfərlərdən biridir. Şuşanın azad edilməsi Qarabağ zəfərinin taclandıran zəfərlərdən biridir. Dövlət Baxçalı bildirib ki, Şuşanın inkişafı və bu şəhərdə yaşayan Türk övladlarının gələcəyi hamımızın məsuliyyətindədir. MHP sədri qeyd edib ki, Türkiyə Prezidenti və Azərbaycan Prezidenti uyğun sayarlarsa, Şuşada Ülkü Ocaqları məktəb tikilməsini istəyib və bunun adının Üzeyir Hacıybəyov adına məktəb olmasını təklif edib”.
M. Karakaya qeyd edib ki, yanvarın 29-da MHP nümayəndə heyəti Bakıya gəlib, Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və bu gün Prezident İlham Əliyevlə görüşüblər: “Yanvarın 30-da bu görüşlərin keçirilməsinin də tarixi bir anlamı var. 30 yanvar həm də Əhməd Cavadın müəllifi olduğu Azərbaycan milli marşının - Dövlət Himinin qəbul edildiyi tarixdir. Prezident İlham Əliyev məktəb binası üçün münasib yerin seçilməsi məqsədilə müvafiq təlimatlar verib. Biz Azərbaycan Prezidentinə təşəkkür edirik. Eyni zamanda Hikmət Hacıyevə və təhsil nazirinə də təşəkkür edirik”.
MHP sədrinin müavini nəzərə çatdırıb ki, ən qısa müddətdə məktəb layihəsi həyata keçiriləcək: “Ülkü Ocaqlarının Mədəniyyət və Təhsil Dərnəyi bu məktəbi Şuşa memarlığına uyğun tikəcək və Azərbaycan Təhsil Nazirliyinə təhvil verəcək. Məktəbdən istifadə ilə bağlı qərarı Təhsil Nazirliyi verəcək. 11 sinifli ibtidai məktəb tikiləcək. Bizim əsas hədəfimiz Şuşanın memarlığına, tarixinə uyğun olaraq bir binanın tikilməsidir”/APA.
“Karvan-Yevlax”ın icraçı direktoru: “Buraxılmış səhvlər təkrarlanmayacaq” - Yevlaxda yeni stadion tikilir
Biznesdə yeni trend - Çinarə Ağayeva freelance və gig-iqtisadiyyatdan danışır: "Daimi iş" anlayışı dəyişir”
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabah hava necə olacaq? - Proqnoz
Qazi 63 yaşlı anasını öldürdü, gəlini bıçaqladı, daha sonra isə... - Goranboyda dəhşətli hadisə (FOTO)
Süleyman Mikayılov getdi, bəs İcra Hakimiyyətinə kim rəhbərlik edir?
Türkiyədə daha bir məşhur aparıcı saxlanılıb - Narkotik ittihamı ilə
“Karvan-Yevlax” azarkeşlərin üzünü güldürəcəkmi? - Baş məşqçi: “Futbolçularım fərdi səhvlər buraxır” (VİDEO)
Bakı - Brüssel: vazkeçilməz ittifaq...- TƏHLİL
Ağdamda ər arvadını baltalayıb
Bakıda Xalq artistinin oğlu döyülüb
Azərbaycan neftinin qiyməti 73 dolları ötüb
WUF13-lə bağlı iclas - Dünya parlamentlərinə çağırış olunub
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub