Agentlik: "İkinci mərhələdə peyvənd olunacaq şəxslərin siyahısı hazırlanıb"

img

02-02-2021 [15:07]


Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ikinci mərhələsinə başlanılır.

Mia.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta Agentliyindən bildirlib.

Bildirilib ki, ikinci mərhələdə peyvənd olunacaq şəxslərin siyahısı hazırlanıb:

- Yaşı 50 və daha çox olub ən azı bir xroniki xəstəliyi olanlar

- Tənəffüs xəstəlikləri, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar

- Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar,

- sosial müəssisələrdə daimi yaşayanlar, "ASAN Xidmət" və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi,

- yüksək riskli şəraitli işlərdə (cəmiyyətin fəaliyyəti üçün həyati vacib sahələrdə çalışan və əhəmiyyətli dərəcədə daha yüksək riskli sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) çalışan şəxslər".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA