Azərbaycandan Gürcüstana yük daşıyan sürücü cərimələnib

img

01-02-2021 [16:28]


Gürcüstanın “Qırmızı körpü” gömrük-keçid məntəqəsində Azərbaycandan daxil olan yük maşını saxlanılıb.

Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Məlumata əsasən, şübhələr əsasında gömrükçülər Azərbaycan dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə ətraflı baxış keçiriblər və bəyan edilməmiş müxtəlif adda mallar aşkarlayıblar.

Gömrük nəzarətindən gizlədilən məhsulların ümumi dəyəri 11 085 lari (5 700 man) təşkil edib.

Yerli qanunvericiliyə əsasən, qanunsuz idxala görə sürücüyə qarşı malların dəyərinə bərabər məbləğdə cərimə sanksiyası tətbiq olunub./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA