Bakıda xəstəxanaya uşaq çarpayılarının yerləşdirilməsi xəbərilə bağlı açıqlama

img

01-02-2021 [13:05]


Son günlər bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin Bakı şəhərinin Zığ qəsəbəsində yerləşən koronaviruslu (COVID-19) xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında koronavirus infeksiyasına yoluxmuş uşaqlar üçün xüsusi çarpayıların yerləşdirilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır.

Bu barədə Mia.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi olaraq bu məlumatları qəti şəkildə təkzib edir: "Kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırır, ictimaiyyətdən isə yalnız rəsmi məlumatlara etibar etməyi xahiş edirik".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA