Müəllimlər COVID-19 testindən keçirilməyəcək - 50 yaşdan yuxarı müəllimlər isə peyvənd olunacaq

img

30-01-2021 [17:56]


Təhsil naziri Emin Əmrullayev müəllimlərin peyvənd olunub-olunmayacağı haqda məsələyə aydınlıq gətirib.

Mia.az xəbər verir ki, E.Əmrullayev əvvəlki aylardakı kimi müəllimlərin kütləvi COVID-19 testindən keçirilməyəcəyini deyib: "Çünki test yalnız iki halda məcburidir: Birincisi, hansısa simptomlar olduğu halda, ikincisi isə koronavirus xəstəsi ilə təmasda olan zaman. Çünki kütləvi test məktəbdə yoluxma halının qeydə alındığı zaman həyata keçirilir. Düşünürük ki, 50 yaşdan yuxarı müəllimlərimizin vaksinasiyasını mərhələli şəkildə həyata keçirək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA