Nazir: "Onlarla məktəb direktoru qaydalara əməl etmədiklərinə görə cəzalandırlıb"

img

30-01-2021 [16:38]


“Növbəti tədris ilində qiymətləndirmə ilə bağlı hansısa bir dəyişikliklərə getmək olar deyə düşünürəm".

Mia.az  xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda 4 min 400 məktəb var:

“Həmin məktəblərdə dezinfeksiya işlərinin aparılması və sanitariya qaydalarına əməl olunması ilə bağlı göstəriş vermişik. Zaman-zaman biz həmin məktəbləri yoxlayırıq. Sentyabrda məktəblər açıq olan zaman bir neçə yüz məktəb yoxlanıldı. Təəssüf ki, onlarla məktəb direktoru barədə bu qaydalara əməl etmədiklərinə görə onlar barəsində tədbir görülüb”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA