"1,5 metrlik məsafəni qorumaqla bütün şagirdlər məktəbə gələ bilirsə..." - Təhsil nazirindən dərslərlə bağlı açıqlama

img

30-01-2021 [16:14]


“Fevralın 1-dən Bakı, Sumqayıt və Abşeronda özəl və dövlət məktəblərində tədris həftədə 3 dəfə olacaq. Çünkü adətən bu bölgələrdə yoluxmaların sayı daha çox olur”.

Mia.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bölgələrdə isə 1,5 metrlik məsafəni qorumaqla bütün şagirdlər məktəbə gələ bilirsə, bu halda təhsili ənənəvi 5 gün formatına qaytarılacaq: “Ümid edirəm ki, növbəti həftələrdə 5-9-cu siniflərin məktəbə qayıtması baş verəcək. Bununla bağlı Operativ Qərargahla birgə müzakirələrimiz olacaq və qərar veriləcək”.

Onun sözlərinə görə, növbəti həftə bununla bağlı açıqlamalar olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA