ABŞ-ın Azərbaycandakı səfiri təcili İrəvana getdi

img

11-12-2013 [17:42]


ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Ermənistana gedib.

APA-nın "aysor.am” saytına istinadən verdiyi xəbərə görə, R. Morninqstar Cənubi Qafqazdakı amerikalı diplomatların İrəvanda keçiriləcək müşavirəsində iştirak edəcək.

Diplomatlar dövlət katibinin müavini Erik Rubinlə birlikdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. R. Morninqstarla bərabər görüşdə ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland və Ermənistandakı səfiri Con Heffern də iştirak edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA