DİM: “Fevralın 9-da magistraturaya sənəd qəbulu başlayacaq"

img

29-01-2021 [11:37]


“Fevralın 9-da magistraturaya sənəd qəbulu başlayacaq. Biz insanlara 2 dəfə şans verməyi nəzərdə tutmuşuq”.

Mia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Bildirib ki, keçənilki modellər əsasında magistraturaya qəbul imtahanlarının keçirilməsi planlaşdırılır.

Onun sözlərinə görə, balların hesablanmasında da elə bir dəyişiklik yoxdur: “İmtahanın keçirilməsində elə bir dəyişiklik olmayacaq”.

Onun sözlərinə görə, digər imtahanların keçiriləcəyi aylar müəyyənləşib: “Ancaq epidemioloji vəziyyət dəyişsə, imtahanların vaxtında da dəyişikliklər ola bilər. COVID-19 pandemiyasına görə 2020-ci il tək bizim üçün deyil, həm də bütün dünya üçün gözlənilməz oldu. Virusla bağlı yaranmış vəziyyət dünya təhsil sisteminə ciddi təsir göstərdi. Təhsil sistemi böhrana uğradı. Təbii bizim məqsədimiz bu böhrandan minimum itkilərlə çıxmaqdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA