AQC rəsmisi: “Tenderlər və kotirovka sorğularından əvvəl ilkin qiymətləndirmə aparılsın”
28-01-2021 [17:30]
Ötən ilin əvvəlindən başlayaraq Azərbaycanda idarəetmənin təkmilləşdirilməsi və institusional islahatlar həyata keçirilir. Bu islahatlar bir tərəfdən idarəetməyə yeni kadrların gətirilməsini, digər tərəfdən isə dövlət qurumlarının fəaliyyətində şəffaflığın artırılmasını özündə ehtiva edir.
Azərbaycan İnvestisiya Holdinqinin təsis olunması və əksər dövlət qurumlarının, o cümlədən dövlət payı olan cəmiyyətlərin vahid prinsiplər əsasında idarə edilməsi bu xüsusda diqqətdən yayına bilməz. Uzun illər müasir dövrün tələblərinə cavab vermədən fəaliyyət göstərən dövlət qurumları keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.
Mia.az xəbər verir ki, Azərbaycan Qiymələndiricilər Cəmiyyətinin sədr müavini, “VECON CONSULTING” şirkətinin direktoru Vüqar Orucun sözlərinə görə, bəzi hallarda tenderlər mahiyyətindən kənar məqsədlərə xidmət edir:
“Tenderləri və onun nəticələrini günümüzdə aktual edən əsas səbəb qanunvericilikdə 50 min manatdan yuxarı olan dövlət satınalmalarının tender yolu ilə həyata keçirilməsinə olan tələbdir. Nəzərə alsaq ki, bu zaman xərclənən vəsaitlər dövlət büdcəsinə aiddir, alınan mal və xidmətlər dövlət orqanlarının yaxud vətəndaşların müxtəlif növ tələblərinin qarşılanması üçündür, ictimaiyyətin bu istiqamətdə hesabat tələb etməsi təbiidir. Düzdür, son illərdə bu sahədə müəyyən müsbət məqamlar nəzərə çarpır. Satınalmalar üzrə Dövlət Agentliyi qurumun web-saytında keçirilən tenderlər və kotirovka sorğuları barədə məlumatlar yerləşdirilir. Bu özü-özlüyündə müsbət haldır. Lakin həmin saytı araşdıran zaman məlum olur ki, tenderlər bir çox hallarda eyni şirkətlərə və ya nizamnamə kapitalı çox aşağı olan şirkətlərə verilir. Bu faktın özü bu sahədə şəffaflığın olmadığı və ya çox aşağı olduğunu göstərir. Bəzən tender və ya kotirovka sorğuları ilə bağlı müraciət etdiyimiz müəssisələrdən qəribə cavablar alırıq. Onlar açıq şəkildə bildirirlər ki, tender və kotirovka sorğuları formal keçirilir. Bəzi hallarda artıq qalibin bəlli olduğunu da bəyan edirlər. Hesab edirəm ki, tenderlər dövlət satınalmaları haqqında Azərbaycan Respublikası Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilməli və bu sahədə zəruri islahatlar aparılmalıdır”.
Vüqar Oruc təklif edir ki, bu sahədə şəffalığın artırılmasına nail olmaq üçün müstəqil qiymətləndirmə şirkətləri bu prosesə cəlb edilməlidir:
“Bilirsiniz ki, son dövrlər Azərbaycanda qiymətləndirmə şikətlərinin fəaliyyətinə xüsusi maraq yaranıb. Əksər dövlət, maliyyə və özəl qurumlarda həyata keçirilən bütün layihələr, əqdlər və s. qiymətləndirmə meyarları əsasında baş tutur. Artıq Azərbaycanda bu sahədə kifayət qədər peşəkar olan, Avropa protokolları əsasında fəaliyyət göstərən şirkətlər mövcuddur. Hesab edirəm ki, tenderlər və kotirovka sorğuları ilə bağlı qərar verilərkən qiymətləndirmə şirkətlərinin rəyi nəzərə alınmalıdır. Başqa sözlə ifadə etsək, qiymətləndirmə şirkətləri satınalınmalar prosesinin təşkilinə cəlb olunmalıdır. Əgər bu baş verərsə, şəffaflığa nail olaraq korrupsiya hallarının qarşısını alınar və nəticə etibarilə daha keyfiyyətli xidmətin təmin olunmasında qiymətləndirmə şirkətlərinin də rolu olar” – deyə V.Oruc vurğulayıb.
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır