Danışılmış matçlarda ittiham olunan 28 nəfər bəraət alıb

img

28-01-2021 [15:45]


Yunanıstanda danışılmış futbol matçlarında iştirakda şübhəli bilinən 28 nəfər bəraət alıb.

"sport24" nəşri xəbər verir ki, bununla bağlı apellyasiya məhkəməsi qərar verib.

2012 - 2015-ci illərdəki oyunlarla bağlı məhkəmə prosesi 6 il davam edib. Bəraət alanlar arasında Yunanıstan Futbol Federasiyasının sabiq prezidenti Giorqos Sarris, "Olimpiakos" klubunun keçmiş rəhbəri Vangelis Marinakis, "Veriya" komandasının sabiq rəhbəri Giorqos Arvanitidis, həmçinin yüksək çinli məmurlar, hakimlər, məşqçilər və futbolçular da var.

Qeyd edək ki, Yunanıstan futbolunda daha əvvəl də rüşvət qalmaqalı yaşanıb. 2011-ci ildə UEFA-nın açıqladığı hesabatda sözügedən ölkədə 40-a yaxın danışılmış oyun qeydə alındığı bildirilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR