Ombudsmanın nümayəndələri uşaq evinə baş çəkdi, bəzi nöqsanlar aşkarlandı
28-01-2021 [12:38]
Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Qrupun üzvləri tərəfindən Şəki Şəhər İcra Hakimiyyətinin Şəki Qarışıq Tipli Uşaq Evinə başçəkmə həyata keçirilib.
Bu barədə Mia.az-a Ombudsman Aparatından məlumat verilib.
BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müxtəlif yaş qruplarından olan və müəssisədə yaşayan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarının, uşaqların hüquqlarının təmin edilməsi vəziyyətinin, habelə COVID-19 pandemiyasının yayılmasına qarşı görülən tədbirlərin öyrənilməsi olub.
Başçəkmə çərçivəsində müəssisənin yataq, dərs və asudə vaxtın təşkili üçün nəzərdə tutulmuş otaqlarına, tibb otağına, yeməkxanaya, mətbəxə, ərzaq anbarına baxış keçirilib.
Müəssisədə rəftar məsələlərinin araşdırılması məqsədilə karantin rejimi qaydalarına əməl olunmaqla müəssisə rəhbərliyi, psixoloq və digər əməkdaşlarla, həmçinin uşaqlarla söhbət aparılıb. Burada yaşayan uşaqlar onlarla rəftarla bağlı hər hansı şikayət bildirməyiblər.
Müəssisə rəhbərliyinin bildirdiyinə görə karantin rejimi dövründə istifadə məqsədilə müəssisə Heydər Əliyev Fondu tərəfindən tibbi spirt, maska və əlcəklə təmin edilib.
Eyni zamanda, pandemiya ilə əlaqədar dərslər onlayn formada keçirildiyindən internetin sürətinin zəif olduğu bildirilib və bunun da tədris prosesində çətinliklər yaratdığı müşahidə edilib.
Başçəkmə zamanı müəssisədə həkim-pediatr ştatının uzun müddət vakant olduğu, ştat sayının kifayət etmədiyi müəyyən olunub.
Müəssisədə havalandırma sisteminin daimi işlədilmədiyi də müəyyən edilib ki, müəssisə rəhbərliyi bunu elektrik enerjisi üçün ayrılmış limitin az olması ilə əlaqələndirib.
Yekunda müəssisə rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, müvafiq tövsiyələr verilib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"